...

Xankəndidə orta məktəbdə silah-sursat tapıldı (FOTO)

Cəmiyyət Materials 8 Mart 2024 10:20 (UTC +04:00)

Bakı. Trend:

Xankəndidə orta məktəbdə narkotik və silah-sursat tapılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti