...

Qarölçmə işləri davam edir

Cəmiyyət Materials 11 Mart 2024 11:11 (UTC +04:00)
Qarölçmə işləri davam edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən hazırda Balakən və Zaqatala rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin olunur.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aparılan ölçmələrin ilkin nəticələrinə görə, Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 sm, Filizçay-Kasadağ marşrutunda 40-55 sm qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti