...

Türkiyənin iki aviaşirkəti İran, Özbəkistan və İordaniyaya bir neçə uçuşu ləğv edib

Cəmiyyət Materials 14 Aprel 2024 05:57 (UTC +04:00)
Türkiyənin iki aviaşirkəti İran, Özbəkistan və İordaniyaya bir neçə uçuşu ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Türk Hava Yolları" və "Pegasus" aviaşirkətləri İran, Özbəkistan və İordaniyaya bir neçə reysləri ləğv edib.

Trend-in məlumatına görə, bu həmin təyyarələrin qalxdığı İstanbuldakı iki beynəlxalq hava limanının onlayn lövhəsində qeyd olunub.

Məlumata əsasən, beş uçuş ləğv olunub. Bunlar İordaniyanın paytaxtı Əmmana iki gecə uçuşu, Özbəkistana (Səmərqənd və Buxara) iki və Tehrana olan bir reysdir. Sonuncu reysin ləğv edilməsi İran paytaxtının beynəlxalq hava limanının müvəqqəti olaraq mülki təyyarələri qəbul etməməsi ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti