...

Mərkəzi Gömrük Hospitalında ABBOT şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2024 19:57 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında ABBOT şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

19 aprel 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında ABBOT şirkətinin xaricdə və ölkəmizdə fəaliyyət göstərən nümayəndələri ilə HPV skrininqi mövzusunda zoom üzərindən onlayn görüşü keçirilib.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Laboratoriya şöbəsinin rəisi, həkim-laborant Səbinə İbrahimova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Marketinq və Planlama şöbəsinin PR mütəxəssisi Dilarə Zamanova iştirak ediblər.

Görüşdə ABBOT şirkətinin nümayəndəsi Anna Mozkoniak insan papılıma virus infeksiyası (HPV) ilə bağlı layihə barəsində ətraflı məlumat verib. O, qeyd edib ki, dünyada ən çox yayılmış infeksiyalardan biri olan HPV yüksək yoluxuculuq və onkogen potensialına malikdir. Anna Mozkoniak insan papiloma virus infeksiyası ilə bağlı tədqiqatların keçirilməsinin əsas məqsədinin Azərbaycanda Abbott m2000 RealTime avadanlığın tətbiqi və müasir ədəbiyyatda təqdim olunan məlumatların təhlil edilməsi olduğunu bildirib.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov qeyd edib ki, Azərbaycanda HPV-nin diaqnostikası üçün standart test və reagentlər ilə təchizi, eləcə də Real-Time PZR üçün xarici keyfiyyət nəzarət sxeminin təsis edilməsi prosedurunun aparılması çox əhəmiyyətlidir. Belə ki, gələcəkdə Mərkəzi Gömrük Hospitalında tədqiqatın aparılması üçün layihəyə 2000 qadının cəlb olunması nəzərdə tutulub.

Həmçinin, Françesko Marikukko qeyd edib ki, tədqiqatlar üçün servikal kanalından və uşaqlıq boynunun epitelindən nümunələrin götürülməsi nəzərdə tutulub. Toplanan nümunələrə əsasən 12 yüksək onkogen tipdə insan papilloma virusunun olması və ya yoxluğu molekulyar-genetik üsulu ilə müəyyən ediləcək, tədqiqata daxil olan pasiyentlərin virus yükü qiymətləndiriləcək, eləcədə də alınan laborator statistik məlumatlar nəticəsində yüksək riskli HPV növlərinin yaşa, regiona və cinsə görə təhlili aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti