...

Neftçalada narkotik satmaq istəyən şəxs ələ keçib

Cəmiyyət Materials 23 Aprel 2024 11:35 (UTC +04:00)
Neftçalada narkotik satmaq istəyən şəxs ələ keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı əvvəllər məhkum olunmuş Hacıağa Quliyev saxlanılıb.

Ondan iki kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla H.Quliyevin qeyd edilən narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti