...

Bakıda mühafizəçi idman zalının kassasından 12 min manat oğurladı (VİDEO)

Cəmiyyət Materials 23 Aprel 2024 17:03 (UTC +04:00)
Bakıda mühafizəçi idman zalının kassasından 12 min manat oğurladı (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib.

Obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib.

Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti