...

Bakı və Abşeronda temperatur iqlim normasından yuxarı olub

Cəmiyyət Materials 7 İyun 2024 13:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır. Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti