...

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr birgə çalışmalıdır - COP28-in sədri

Cəmiyyət Materials 18 İyun 2024 09:49 (UTC +04:00)
İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr birgə çalışmalıdır - COP28-in sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr birgə çalışmalı, həmrəylik etməlidir.

Trend-in məlumaına görə, bunu COP28-in sədri Məcid Əl Suvaidi Bakıda COP29-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin iştirakçılarına videomüraciətində deyib.

O qeyd edib ki, səhiyyə sahəsində maliyyələşmənin həyata keçməsi vacib əhəmiyyət daşıyır. “Bunu üçün biz birgə çalışmalıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Xəbər lenti

Xəbər lenti