Bakı. Trend:
Əvvəllər hakim işləmiş 6 nəfər Vəkillər Kollegiyasına üzv seçilib.
Trend xəbər verir ki, bunu bu gün Vəkillər Kollegoyasının keçirilən iclasında çıxışı zamanı Kollegiyanın sədri Anar Bağırov deyib.
O qeyd edib ki, vəkilik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb.
Anar Bağırov bildirib ki, 3 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edir. Beləliklə, vəkillərin sayı 2502 nəfərə çatıb.