...

Anar Bağırov ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayını açıqlayıb

Cəmiyyət Materials 21 İyun 2024 10:19 (UTC +04:00)
Anar Bağırov ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayını açıqlayıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 19 nəfəri isə qadındır.

Trend xəbər verir ki, bunu bu gün Vəkillər Kollegoyasının keçirilən iclasında çıxışı zamanı Kollegiyanın sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, ümumilikdə qadın vəkillərin sayı 503 nəfər olmaqla, ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.

“2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 13 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 5488 namizəddən 1627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti