...

Son bir həftədə Xankəndi ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb

Cəmiyyət Materials 22 İyun 2024 10:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 15-21 iyunda polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti