...

Leysan yağıb, külək güclənib

Cəmiyyət Materials 8 İyul 2024 09:32 (UTC +04:00)
Leysan yağıb, külək güclənib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 8-i saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli leysan yağıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Sarıbaşda(Qax) 9 mm, Şahdağda 5 mm, Mingəçevir, Şəki, Qrız, Göygöl, Oğuz, Zaqatala, Qobustan, Füzuli, Neftçala, Astara, Yardımlı, Biləsuvar, Lerik, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-şərq küləyi iyulun 7-də narıncı xəbərdarlığa uyğun olaraq Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Xəbər lenti

Xəbər lenti