Bakı. Trend:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib.
Trend xəbər verir ki, bu barədə universitetin sosial media hesabında qeyd edilib.
Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsil fakültəsinin "Korreksiyaedici təlim" ixtisası üzrə IV tədris ili, KRT 2004B saylı qrup tələbəsi Mehri Eldəniz qızı dünyasını dəyişib.