...

Əvvəllər 1 yaşa qədər olan uşaqlara allergen tərkibli məhsullar verilmirdi - SN

Cəmiyyət Materials 10 İyul 2024 16:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəllər 1 yaşa qədər olan uşaqlara allergen tərkibli məhsullar verilmirdi.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə son illərin tədqiqatlarına əsasən, uşaqların allergenlə 1 yaşdan sonra tanış olması allergiya riskini əhəmiyyətli dərəcədə artırır:

“Nəticədə, qidalanma üzrə tövsiyələr yeniləndi və artıq 1 yaşa qədər olan sağlam körpələr 8 ən böyük allergenlərlə tanış olmalıdırlar. Bunlara qlüten, araxis, yumurta, süd, küncüt, balıq, soya və qoz/fındıq məhsulları aiddir. Gördüyünüz kimi, buraya “qırmızı”, “narıncı” rəngli meyvələr aid deyil, çünki onlar əsl yox, yalançı allergik reaksiyasına səbəb olurlar. Əsl allergenlərlə tanışlıq körpənin ilk aylarında yox, əlavə qidalara keçəndən sonra başlanılır”

R.Nemətova qeyd edib ki, buna minimal həcmdə başlanır və 1-2 gün ərzində uşağın ümumi vəziyyətinə nəzarət aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti