...

Azərbaycanın bir qrup idmançısının Paris Olimpiadasına yolasalma mərasimi baş tutub (FOTO)

Cəmiyyət Materials 23 İyul 2024 05:17 (UTC +04:00)
Azərbaycanın bir qrup idmançısının Paris Olimpiadasına yolasalma mərasimi baş tutub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının bir sıra üzvləri üçün yolasalma mərasimi keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti