...

Xəzər dənizində xərçənglərin kütləvi ölümü qeydə alınıb

Cəmiyyət Materials 31 İyul 2024 01:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aktau sakinləri Xəzər dənizində ölü xərçəng topaları aşkar ediblər və bu, insanların bu buğumayaqlıların kütləvi ölümündən narahatlığına səbəb olub.

Trend Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ekologiya departamenti ərazidə su nümunələri götürmək üçün mütəxəssislər göndərib.

Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü Adilbek Kozıbakov ehtimal edir ki, xırda balıqların və xərçənglərin ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.

Ekologiya departamentindən bildirilib ki, zərərli maddələrin yolverilən normadan artıq olub-olmadığını müəyyən etmək məqsədilə su nümunələri götürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti