...

Avstraliya polisi Laçında (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2024 14:58 (UTC +04:00)
Avstraliya polisi Laçında (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Laçın rayonunda “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi təşkil edilib.

Trend xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Avstraliyanın Sidney şəhərindən gəlmiş Azər Nəsirli də düşərgənin qonağıdır.

Azər Avstraliyada polis əməkdaşı kimi fəaliyyət göstərir. O, Trend-ə eksklüziv açıqlamasında bildirib ki, artıq 6 ildir orada yaşayır.

Azər Laçına valeh olduğunu bildirib:

"Laçınımız çox gözəl şəhərdir, təbiəti, insanları hər biri çox gözəldir. Dövlətimiz və diaspora təşkilatı çox böyük əmək sərf edərək bizi bura gətirir. Çox gözəl, maraqlı, yadda qalan vaxt keçirdik. Azərbaycanımızı, Qarabağımızı, Laçınımızı bizə tanıdırlar. Çox şad oldum ki, Laçına gəldim çox gözəl insanlar tanıdım, təzə dostlar əldə etdim. Sevinirəm ki, Qarabağımıza gəlmişəm, buranı görmüşəm. Avstraliyaya geri qayıdanda bu təcrübəmi ordakılarnan da paylaşacam".

"Azərbaycanımızda hər şey çox gözəldir, çox gözəl təbiətimiz var. İnsanlarımız çox gözəldir, Bakımız çox gözəldir. Sözlər kifayət etmir ki, mən Azərbaycanım haqda ordakı dostlarıma, ordakı insanlara danışım. Burda çəkdiyim videoları, fotoları ora gedəndə gösdərəcəm və onlara Bakı, Qarabağ, Laçın haqqında məlumatlar verəcəm", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti