Bakı. Trend:
Xaçmaz rayonunda şaftalı yığımı davam edir. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nərəcan kəndinin şaftalı bağlarında olub, məhsuldarlıqla maraqlanıblar.
Bağ sahibləri ilə həmsöhbət olan icra başçısı onların müraciət və təkliflərini dinləyib. Məlumat verilib ki, bu mövsüm şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin satış qiyməti də təsərrüfatçıları qane edir. Hazırda yığılan şaftalının böyük hissəsi qonşu Rusiyanın müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.
Rayon İcra Hakimiyyətin başçısı Elnur Rzayev bildirib ki, Xaçmaz rayonunda 4 min hektara yaxın şaftalı bağı var. Həmin bağlardan 1500 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il bağlardan 15-16 min ton şaftalı toplanır. Kəndlərdə intensiv meyvə bağlarının salınması istiqamətində işlər davam etdirilir.
Fermerlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.