Zəngilan.Trend:
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 83% (səksən üç faiz) yerinə yetirimiş, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi 57% (əlli yeddi faiz) təşkil edir.
Trend-in Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-in Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası və görülən son işlərə dair əraziyə təşkil edilən mediaturda jurnalistlərə ADY-in Tikinti layihələrinin idarəolunması departamentinin müdir müavini Kənan Rzayev açıqlamasında deyib.
O bildirib ki, ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılmış, əlavə genişlənmələrin tələb olunduğu hissəslərin isə minadan təmizləməsi işləri davam etdilir.
“Eyni zamanda dəmir yolu xəttinin km 72 - km 82 hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilmişdir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 72 km, yan yollarla birlikdə isə 83,4 km hissəsində rels-şpal çərçivələri qoyulub, həmçinin 65,6 km hissəsinə isə uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılmışdır. Hazırda xəttin km 72 – km 89 aralığında torpaq işləri və mühəndis qurğuların tikintisi işləri davam etdirilir. Layihə 2025-ci ildə bitəcək.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir”,- deyə o qeyd edib.