...

Ali təhsil çox böyük dəyişiklik dövründədir - Fariz İsmayılzadə

Cəmiyyət Materials 8 Oktyabr 2024 17:13 (UTC +04:00)
Ali təhsil çox böyük dəyişiklik dövründədir - Fariz İsmayılzadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsil hazırda çox böyük dəyişiklik dövründədir.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, texnologiyaların, əmək bazarında tələblərin dəyişməsi, yeni formatda təhsil rəqabəti ali təhsildə dəyişikliyə təsir edən faktorlardır.

“Təəssüf ki, bizdə ali təhsilin formatı ənənəvi formada qalıb. Biz gələcəkdə bu dəyişiklikləri uğurla həyata keçirmək istəyiriksə, ali təhsilin formatı dəyişməlidir. Bu istiqamətdə sürətli addımlar atmaq lazımdır. Mərkəzləşmiş formada ali təhsili idarə etdikdə bunun da öz neqativ təzahürləri olur”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir. Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.

Xəbər lenti

Xəbər lenti