Bakı. Trend:
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 5 tüfəng, 2 patron darağı və 58 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.