...

Prezident İlham Əliyev: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək

Siyasət Materials 12 Noyabr 2024 12:23 (UTC +04:00)
Prezident İlham Əliyev: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib.

Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti