...

COP for Hope: COP29 359 milyard dollarlıq adaptasiya üçün maliyyə boşluğunu bağlamalıdır - BMT-nin baş katibi

İqtisadiyyat Materials 12 Noyabr 2024 12:12 (UTC +04:00)
COP for Hope: COP29 359 milyard dollarlıq adaptasiya üçün maliyyə boşluğunu bağlamalıdır - BMT-nin baş katibi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Əhalinin ən həssas təbəqələri ekstremal iqlim hadisələri ilə üz-üzə qalır.

Trend xəbər verir ki, bu fikri BMT-nin baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

A.Quterreş əhəmiyyətli maliyyə çatışmazlığına işarə edərək, 2030-cu ilə qədər adaptasiya ehtiyacları ilə mövcud maliyyə arasındakı fərqin ildə 359 milyard dollara çata biləcəyini vurğulayıb.

"Bu itən milyardlar sadəcə balansdakı rəqəmlər deyil: onlar itirilmiş həyatlar, itirilmiş məhsullar və gecikmiş inkişafdır", - o bildirib.

Baş katib inkişaf etmiş ölkələri öz öhdəliklərini yerinə yetirməyə və 2025-ci ilə qədər uyğunlaşma üzrə maliyyə vəsaitlərini ildə ən azı 40 milyard dollar səviyyəsinə qaldırmağa çağırıb.

“İndi, heç vaxt olmadığı qədər, maliyyələşdirmə öhdəliklərini yerinə yetirmək vacibdir”, - o qeyd edib.

A.Quterreş qeyd edib ki, uyğunlaşma üçün edilən investisiyalar iqtisadiyyat üçün güclü bir katalizator ola bilər və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağa kömək edər.

O, inkişaf etmiş ölkələrin bu dəstəyə önəm verməli olduqlarını, xüsusən məhdud resursları olan icmalar üçün xüsusi diqqət yetirməli olduqlarını vurğulayıb.

“Bizə yeni iqlim planları lazımdır, hansı ki, bu planlarda uyğunlaşma üçün maliyyələşdirmə ehtiyacları aydın şəkildə müəyyən edilməlidir”, – deyə o bildirib.

O, hər bir ölkəni iqlim böhranına effektiv şəkildə qarşı durmaq üçün lazım olan maliyyə mənbələrinin həcmini qiymətləndirməyə çağırıb.

A.Quterreş maliyyələşdirmə ilə yanaşı, təhlükəsizlik tədbirlərinin gücləndirilməsini də vurğulayıb. 2027-ci ilə qədər “dünyadakı hər bir insanın” BMT-nin "Hər kəs üçün erkən xəbərdarlıqlar" təşəbbüsü çərçivəsində iqlim xəbərdarlıqları sisteminə malik olmasını tələb edib.

Bu proqram vaxtında hava xəbərdarlıqları və yüksək hazırlıq sayəsində həyat və mənbələrin qorunmasına yönəlib.

A.Quterreş, həmçinin, yeni İtki və Zərər Fondunun dəstəklənməsinin vacibliyini vurğulayıb və “töhfələrin artırılması” və resursların sürətlə mobilizasiyasına çağırıb.

“Vədlərin real maliyyə axınlarına çevrilməsi və Fondun maliyyələşdirilməsi təmin edilməlidir, bu, indiki vaxtda vacib olan məsələlərdən biridir”, – o qeyd edib.

A.Quterreş iqlim fəlakətlərindən zərər çəkənlərə dərhal və konkret kömək göstərilməsinin vacibliyini vurğulayıb.

“İnkişaf etməkdə olan ölkələr, hərəkət etməyə çalışarkən ciddi maneələrlə qarşılaşırlar: dövlət vəsaitlərinin çatışmazlığı, kapitalın yüksək qiyməti, dağıdıcı iqlim fəlakətləri və resursları soran borc öhdəlikləri”, – o qeyd edib.

O, hazırkı iqlim maliyyələşdirilməsinin vəziyyətinin inkişaf etməkdə olan ölkələri əlverişsiz vəziyyətə qoyduğunu vurğulayıb, çünki təmiz enerjiyə yatırılan hər bir dollardan yalnız 15 sent bu ölkələrə, Çin istisna olmaqla, çatır.

“COP29 iqlim maliyyələşdirilməsinin qarşısındakı maneələri dağıtmalıdır”, – A.Quterreş vurğulayıb.

O əlavə edib ki, inkişaf etməkdə olan ölkələr Bakıdan boş əllə çıxmamalıdır.

Onun mesajı aydın idi: “Saziş məcburidir.”

Gələcəyə baxaraq, o, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün lazımi dəstəyi təmin etmək məqsədilə “mövcud vəziyyətin çağırışlarına cavab verən yeni maliyyə məqsədi” müəyyən etməyə çağırıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti