...

G20 planetin ən böyük çirkləndiricilərdir - Quterreş

İqtisadiyyat Materials 12 Noyabr 2024 12:34 (UTC +04:00)
G20 planetin ən böyük çirkləndiricilərdir - Quterreş
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

G20 qlobal miqyasda emissiyaların ən böyük məbəsidir.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

"Bütün ölkələr üzərinə düşəni etməlidir. Amma G20 aparıcı rol oynamalıdır. Onlar ən böyük gücə və məsuliyyətə malik olan ən böyük emitentlərdir. Onlar öz texnoloji biliklərini inkişaf etməkdə olan iqtisadiyyatları dəstəkləyən inkişaf etmiş ölkələrlə birləşdirməlidirlər", - o bildirib.

Quterreş qeyd edib ki, hər bir ölkənin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün alətləri və resursları olmalıdır.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti