...

Tərəflər inanır ki, bu konfransda tələblərə uyğun addım atılacaq - Saymon Stil

İqtisadiyyat Materials 12 Noyabr 2024 11:31 (UTC +04:00)
Tərəflər inanır ki, bu konfransda tələblərə uyğun addım atılacaq - Saymon Stil
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-dan gözləntilər çoxdur. Tərəflər inanır ki, bu konfransda tələblərə uyğun addım atılacaq.

Trend xəbər verir ki, bu barədə COP29 zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil mətbuat konfransında çıxış edərkən bildirib.

"Ölkələrin dəstəyinin daha da artacağını düşünürük. Özəl sektor maliyyələşmənin əsas tərəfi kimi cəlb oluna bilər. Təbii ki, digər gəlir mənbələri də buraya cəlb olunacaq”, - deyə o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti