Bakı. Trend:
Bakının Yasamal rayonunda abadlaşdırma işləri həyata keçiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, qeyd olunan ərazi üzrə Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti
başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı
Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı
hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 38 milyon manata başa gələcəyini
proqnozlaşdırıb.