...

Reabilitasiya xidməti göstərilənlərin və təqdim edilən reabilitasiya vasitələrinin sayı artıb

Cəmiyyət Materials 16 Yanvar 2025 11:30 (UTC +04:00)
Reabilitasiya xidməti göstərilənlərin və təqdim edilən reabilitasiya vasitələrinin sayı artıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2018-2024-cü illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 10,4 dəfə, verilən reabilitasiya vasitələrinin illik sayı isə 2,7 dəfə artıb.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ildəki 11,9 mindən 10,4 dəfə artaraq 2024-cü ildə 123,3 minə çatıb.

Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı gücləndirilib. Onlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyədək artırılaraq 34-dən 130-a çatdırılıb.

Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti