Bakı. Trend:
Bir qədər öncə sosial şəbəkələrdə mülki şəxslərin Azərbaycan-Gürcüstan sərhədindən keçdiyini əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən bildirilib ki, sərhəd buraxılış məntəqələri Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyət göstərir.
"Dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur", - DSX-dən bildirilib.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi 1 aprel 2025-ci ilə qədər uzadılıb.