...

Sabah metropolitenin iş rejimində dəyişikliklər ediləcək

Cəmiyyət Materials 19 Yanvar 2025 15:49 (UTC +04:00)
Sabah metropolitenin iş rejimində dəyişikliklər ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Trend bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

"Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq".

Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.

Xəbər lenti

Xəbər lenti