...

Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır

Cəmiyyət Materials 23 Yanvar 2025 16:30 (UTC +04:00)
Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılır.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq ediləcək və ya iki yüz manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, bu cərimə 50 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti