...

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2025 12:56 (UTC +04:00)
KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb (FOTO)

Bakı. Trend:

Yanvarın 21-də Almaniya Federativ Respublikasının Münhen şəhərində ölkəmizin Almaniyadakı Səfirliyinin və Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə “Yeni üfüqlərin tədqiqi: Alman şirkətləri üçün Azərbaycanda investisiya və əməkdaşlıq” mövzusunda Alman– Azərbaycan İqtisadi Forumu keçirilib.

Bu barədə Trend-ə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, tədbirin “Əməkdaşlığın təşviqi: Alman-Azərbaycan biznes tərəfdaşlıqları üçün stimullar” mövzusunda panelində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun rəhbərləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin səlahiyyətli şəxsləri iştirak ediblər. Forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iki ölkənin biznes dairələri arasında birgə əməkdaşlığın genişləndirilməsi, KOB-ların rəqəmsallaşdırılması və “yaşıl transformasiya” sahəsində təcrübə mübadiləsi, həmçinin Almaniyanın KOB-lara dəstək mexanizmlərinin öyrənilməsi və tətbiq olunmasının əhəmiyyətli olacağını qeyd edib.

Yanvarın 23-də Maynz şəhərində keçirilmiş “Azərbaycan: Gələcəyin Qovşağı - Alman şirkətləri üçün strateji imkanlar” mövzusunda tədbirin “Azərbaycan regionda strateji qovşaq rolunda” adlı panelində çıxış edən KOBİA sədri ölkəmizdə kiçik və orta sahibkarlıq sektorunun gücləndirilməsi üçün dövlətimizin apardığı islahatlar, bunun iqtisadiyyat üçün müsbət töhfələri, eləcə də KOBİA-nın bu sahədə tətbiq etdiyi alətlər və uğurla fəaliyyət göstərən müvafiq infrastruktur barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində KOBİA nümayəndələri Almaniyanın Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının Baş icraçı direktoru Karina Svede ilə görüşüblər. Görüşdə biznes strukturları arasında birgə layihələrin həyata keçirilməsi, sektoral işgüzar səfərlərin təşkili və digər əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti