Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası baş tutub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki qurumun rəsmiləri, əməkdaşları və könüllülər iştirak ediblər. Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının məqsədi yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.