...

Xidmətlər zərfində olan ilkin tibbi xidmətlərin 150-yə çatdırılması planlaşdırılır

Cəmiyyət Materials 30 Yanvar 2025 12:16 (UTC +04:00)
Xidmətlər zərfində olan ilkin tibbi xidmətlərin 150-yə çatdırılması planlaşdırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məqsəd xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəri sədrinin müşaviri İsa Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.

Sədr müşaviri əlavə edib ki, Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq:

“Ana-uşaq sağlamlığı bizim üçün prioritetdir. Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək”, - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti