Bakı. Trend:
Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolu tikiləcək və istismara veriləcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025−2026-cı illər ərzində bu istiqamətdə layihələndirmə sənədləri hazırlanacaq və razılaşdırılacaq, avtomobil yolu tikiləcək, avtomobil yolu istismara veriləcək.