Bakı. Trend:
Müntəzəm sərnişin daşımalarında istismara buraxılacaq elektrik mühərrikli avtobuslar alınacaq və avtobuslara xidmət göstərəcək qaraj (depo) və elektrik doldurma infrastrukturu inkişaf etdiriləcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025−2027-ci illər ərzində elektrik mühərrikli avtobusların sayı, qaraj (depo) və elektrik doldurma məntəqələrinin yerləri müəyyən ediləcək, torpaq sahələri ayrılacaq və tikinti işləri aparılacaq, 1000-dək elektrik mühərrikli avtobuslar alınacaq, qarajların (depoların) və elektrik doldurma məntəqələri istifadəyə veriləcək.