...

Almaniyadan 45 azərbaycanlı readmissiya olunub

Cəmiyyət Materials 7 Fevral 2025 09:52 (UTC +04:00)
Almaniyadan 45 azərbaycanlı readmissiya olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 6 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 45 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti