...

Şirvanda müxtəlif növ silah-sursat tapılıb (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2025 10:34 (UTC +04:00)
Şirvanda müxtəlif növ silah-sursat tapılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat və həmin silaha məxsus patron darağı aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti