...

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovun nəşinin qalıqları dəfn edilib (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2025 14:56 (UTC +04:00)
Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovun nəşinin qalıqları dəfn edilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb.

Trend xəbər verir ki, mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Şəhid hərbi orkestrin dövlət himninin səsləndirilməsi və yaylım atəşi sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O Füzuli rayonunun Aşağı Abulrəmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti