...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2025 18:40 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XII Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

7 fevral 2025-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) 12-ci Qlobal Bakı Forumuna həsr olunmuş rəsmi qəbul keçirib.

Trend xəbər verir ki, qəbulda dünya ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbirin açılışında Mərkəzin baş katibi Rövşən Muradov çıxış edərək, bu il 13-15 mart tarixlərində keçiriləcək XII Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verib. O, forumun əsas mövzularından, qlobal çağırışlar fonunda aparılacaq müzakirələrdən və dünyanın müxtəlif ölkələrindən gələcək ali səviyyəli qonaqlardan bəhs edib.

Qeyd edək ki, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu və Azərbaycan Respublikasının Milli Məclisinin müstəqil deputatı Nigar Arpadarai çıxış edərək, COP29 çərçivəsində NGBM ilə birgə həyata keçirilən tədbirlər, eləcə də NGBM-in COP29-un uğuruna verdiyi töhfələr haqqında danışıb.

Bundan əlavə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva da çıxış edərək, NGBM-in beynəlxalq arenada rolunu və BMT qurumları ilə olan sıx əməkdaşlığını qeyd etdi. O, Mərkəzin qlobal miqyasda nüfuzunun artmasının vacibliyini vurğuladı.

Daha sonra Latviyanın Azərbaycandakı səfiri çıxış edərək XII Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha diqqətə çatdırdı və NGBM-in beynəlxalq platformalarda aparıcı mövqeyini xüsusi qeyd edib.

Məlumat üçün bildiririk ki, XII Qlobal Bakı Forumu 2025-ci ilin 13-15 mart tarixlərində, Bakı şəhərində “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda keçiriləcəkdir. Tədbirdə müxtəlif ölkələrdən 300-dən çox xarici qonağın iştirakı nəzərdə tutulur.

Tədbirin rəsmi hissəsi XII Qlobal Bakı Forumunun promo videosunun nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti