...

NİİM-dən qarlı hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Cəmiyyət Materials 22 Fevral 2025 23:36 (UTC +04:00)
NİİM-dən qarlı hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Paytaxtda mövcud hava şəraiti ilə bağlı sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və svetoforlar daim nəzarətdə saxlanılır.

Yolların buz bağlaması, yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması istisna edilmir. Bu səbəblərdən yaranan nəqliyyat sıxlığının vaxtında aradan qaldırılması, rahat və təhlükəsiz hərəkət üçün tədbirlər görülür.

Xüsusi qeyd: Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi tərəfindən yollardakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırılma təmin ediləcək", - deyə müraciətdə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti