Bakı. Trend:
Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri artırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Sosial xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifəsi hesab ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanunvericilikdə sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır.