...

Dövlət Mülki Aviasiya Agentliyinə daha bir səlahiyyət verilib

Cəmiyyət Materials 25 Fevral 2025 17:51 (UTC +04:00)
Dövlət Mülki Aviasiya Agentliyinə daha bir səlahiyyət verilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiqlənib. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar imzalayıb.

Trend xəbər verir ki, qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə daha bir səlahiyyət verilib.

Belə ki, Agentlik mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti