Bakı. Trend:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 152-si qadın, 175-i kişi olmaqla, 327 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 298 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
"Müraciət edənlərdən 30 nəfərə yerində yardım olunub", deyə məlumatda qeyd edilib.