Bakı. Trend:
Sabunçuda spirtdən ölüm halları ilə bağlı araşdırmalar bitəndən sonra ictimaiyyətə məlumat veriləcək.
Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
"Sabunçuda spirtdən ölüm halları ilə bağlı araşdırmalar gedir, buna görə də hələ ki, məlumat verə bilmirik. Araşdırmalar bitəndən sonra ictimaiyyətə məlumat veriləcək", - o bildirib.
Qeyd edək ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.