...

Gəncədə 12 nəfəri əmək müqaviləsi olmadan işlədən vəzifəli şəxs barəsində cinayət işi başlandı

Cəmiyyət Materials 28 Fevral 2025 14:46 (UTC +04:00)
Gəncədə 12 nəfəri əmək müqaviləsi olmadan işlədən vəzifəli şəxs barəsində cinayət işi başlandı
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhəri ərazisində əmək hüquqlarının pozulması halları barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Trend-ə Gəncə şəhər prokurorluundan məlumat verilib.

Bildirilir ki, araşdırma zamanı “Fazil-20” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti