...

Xankəndi Məhkəməsinin sədri Şuranın üzvü seçilib

Cəmiyyət Materials 28 Fevral 2025 15:44 (UTC +04:00)
Xankəndi Məhkəməsinin sədri Şuranın üzvü seçilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan Hakimlərinin ilk Forumu çərçivəsində hakimlərin konfransı keçirilib.

Trend xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, konfransda Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib.

Konfransda üzvlərinin yekdil səsi ilə Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.

Qeyd edək ki, Şuranın 15 üzvü var.

Xəbər lenti

Xəbər lenti