Bakı. Trend:
Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
İmtahanın yeni tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, imtahanın təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrələrinə SMS bildiriş göndərilib.