...

Vətəndaşa özünüməşğulluq aktivlərinin verilməsi gecikəndə sosial yardım məhdudiyyətləri aradan qaldırılmalıdır – Ombudsman

Cəmiyyət Materials 3 Mart 2025 10:37 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Özünüməşğulluğun təşkili Qaydası”nda özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunmasına dair müddətlər müəyyən edilmədiyindən həmin şəxslərin müvafiq əmlakla təmin olunması bəzən bir ildən artıq müddətə uzanır.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, özünüməşğulluğa cəlb olunma barədə qərarın qəbul edilməsi səbəbindən həmin müddət ərzində bu şəxslərin məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi imkanları da məhdudlaşdırılmış olur:

“Özünüməşğulluğun təşkili Qaydası”nda şəxsin özünüməşğulluğa cəlb olunması barədə qərarın qəbul edilməsi ilə şəxsin müvafiq aktivlərlə təmin olunması arasında ümumi müddətin müəyyən edilməsi zəruridir. Bununla belə, həmin müddətlərin müəyyən edilməsi hər hansı səbəbdən mümkün olmadıqda özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunması müddətinədək məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, bununla əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi vacibdir”.

Xəbər lenti

Xəbər lenti