...

Əlilliyi olan şəxslərlə bağlı Dövlət Proqramının qəbul edilməsi təklif olunur

Cəmiyyət Materials 3 Mart 2025 10:31 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin və tibbi-sosial reabilitasiyası sahəsində xidmətlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin təmin edilməsi, habelə bu istiqamətdə aidiyyəti dövlət qurumlarının fəaliyyətinin effektiv əlaqələndirilməsi məqsədilə sahəvi dövlət proqramının qəbul edilməsi məqsədəmüvafiqdir.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında xüsusi normativ hüquqi aktın və məqsədli dövlət proqramının qəbul edilməsi, onlar üçün müvafiq təhsil müəssisələrinin və reabilitasiya mərkəzlərinin genişləndirilməsi, kadr hazırlığının gücləndirilməsi və maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədəmüvafiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti