...

Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək

Cəmiyyət Materials 6 Mart 2025 16:17 (UTC +04:00)
Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart 2025-ci il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

"İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahana qeydiyyat 2025-ci il fevralın 5-dən 25-dək aparılıb və bu müddət ərzində 1716 namizəd qeydiyyatdan keçib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

* şəxsiyyəti təsdiq edən sənədin əsli;

* “İmtahana buraxılış vərəqəsi".

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 59 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti